Xəbər lenti
Dünən, 21:04
Dünən, 17:11

 

Dağıstanda kənd icra strukturunun rəhbərinin müavini inanılmaz saxtakarlığa əl atıb. O, pasportda yaşını 34 il artırıb.


Dağıstanlı məmur pensiya almaq üçün bu saxtakarlığa gedib. Dağıstan respublikasının Levaşinsk rayon prokurorluğu bununla bağlı məlumat yayıb.
Adı açıqlanmayan məmur pasportda yaşını 62 göstərib. Halbuki cəmi 28 yaşı var. Məmur özünə saxta əmək kitabçası da düzəltdirib. Əmək kitabçasında onun 1985-1996-cı illərdə kolxozda işlədiyi yazılıb.
Kişi 2018-ci ilin əvvəlindən pensiya almağa başlayıb. Bu müddətdə dövlətə 155 min rubl (təxminən 2500 dollar) ziyan vurub.
Ona qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Məmura saxta sənədləri düzəltməyə kömək edənlər də məsuliyyətə cəlb olunacaq. \\Bizimyol.info 




Ana səhifəyə qayıt        Baxış: 29          Tarix: 23-08-2019, 21:54      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent