Xəbər lenti

  Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb.
Ovqat.com xəbər verir ki, bu iddia ilə Yaponiyanın Müdafiə naziri Takeşi İvaya çıxış edib.
Tokioda Müdafiə Nazirliyinin qarşısında jurnalistlərə açıqlama verən İvaya raketlərin səhər saat 6.44 və 7.07-də Koreya yarımadasının şərq tərəfdən atıldığını və hər iki raketin Yapon dənizinə düşdüyünü bildirib.
O, həmçinin qeyd edib ki, Şimali Koreyanın son raket sınaqları beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır və BMT qətnamələrinə tamamilə ziddir.
Müdafiə naziri, həmçinin, Şimali Koreyadakı regional vəziyyəti yaxından izləmək lazım olduğunu vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 305          Tarix: 24-08-2019, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma