Xəbər lenti

 

ABŞ-ın basketbol yığması son 13 ildə ilk dəfə məğlub olub.
RBK xəbər verir ki, amerikalılar yoldaşlıq oyununda Avstraliya millisinə 98:94 hesabı ilə uduzublar.
Görüş avqustun 31-də Çində başlayacaq dünya çempionatına hazırlıq çərçivəsində keçirilib.
Avstraliyalılar ABŞ komandasının beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında 78 matçlıq məğlubiyyətsizlik seriyasını dayandırıblar. ABŞ millisi sonuncu dəfə 2006-cı il dünya çempionatında Yunanıstan komandasına 95:101 hesabı ilə uduzmuşdu.
Amerikalılar o vaxtdan etibarən iştirak etdikləri bütün turnirlərdə qalib gəliblər.(oxu.az)



Ana səhifəyə qayıt        Baxış: 321          Tarix: 24-08-2019, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma