Xəbər lenti

 

Türkiyə prezidenti Ərdoğan sabah Rusiyaya səfər edəcək.
Bu barədə o, bugünkü çıxışında məlumat verib.
Prezident bildirib ki, Putinlə görüşdə Suriyadakı mövcud vəzyyəti, İdlib ətrafındakı gərginliyi, ABŞ-la birgə razılaşdırılmış təhlükəsiz bölgə və digər məsələləri müzakirə edəcək.
Ərdoğan çıxışında ABŞ-a da xəbərdarlıq edib: “Artıq ABŞ-la təhlükəsiz bölgə məsələsində demək olar ki, anlaşmışıq. Artıq helikopterlərimiz, PUA-larımız sərhədi keçib. Çox yaxında quru qoşunlarımız da hərəkətə keçəcək. Əgər onlar, yəni ABŞ  bizim başımızı yenə də müxtəlif oyunlarla qatarlarsa, o zaman özümüz Suriyada nə lazımdırsa, onu da edəcəyik. Öz planlarımızı tətbiq edəcəyik. Kimsənin buna şübhəsi olmasın”.(Strateq.az)



Ana səhifəyə qayıt        Baxış: 342          Tarix: 26-08-2019, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma