Xəbər lenti

 

Əhməd Davudoğlu üzvü olduğu AKP-dən ixrac edilməsi qərarı ilə bağlı ilk dəfə açıqlama verib.

Türkiyə mediası xəbər verir ki, Davudoğlu bununla bağlı Tvitter səhifəsində paylaşım edib: “AKP-nin ixrac etmək istədiyi şəxslər deyil, daha əvvəl haqqında danışdığımız prinsiplərdir. Söylədiklərimizin arxasındayıq”.

Xatırladaq ki, Davudoğlu 31 mart bələdiyyə sədri seçkilərindən sonra baş verənlərlə bağlı AKP-də fikir ayrı-seçkiliyi olduğunu və partiyanın parçalanma təhlükəsi yaşadığını bildirib.

Qeyd edək ki, Ötən gün AKP Əhməd Davudoğlunun, Səlcuq Özdağın, Ayxan Səfər Üstünün və Abdullah Başçının partiyadan ixrac edilməsi istəyi ilə İntizam Komitəsinə müraciət edib. \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 429          Tarix: 4-09-2019, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma