Xəbər lenti

 

Böyük Britaniyanın Baş Naziri Boris Consonun kiçik qardaşı Co Conson nazir vəzifəsindən və Mühafizəkarlar Partiyası üzvlüyündən istefa verib. 

APA-nın xəbərinə görə, bu barədə C. Conson “Twitter”də bildirib. 

C. Conson ailədaxili məsələlərlə beynəlxalq münasibətlər arasında qaldığı üçün bu qərarı verdiyini açıqlayıb.

O, Brexit məsələsində qardaşından fərqli olaraq, ölkəsinin Avropa İttifaqında qalmağının tərəfdarıdır. 

Qeyd edək ki, B. Conson qardaşını iki ay öncə Universitetlər və elmi məsələlər üzrə nazir vəzifəsinə təyin edib.




Ana səhifəyə qayıt        Baxış: 496          Tarix: 5-09-2019, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma