Xəbər lenti

 

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib.

RİA Novosti  xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib. 

"Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini təqdim etdi", - deyə o yazıb. 

D.Tramp yeni milli təhlükəsizlik üzrə müşavirinin adını gələn həftə elan edəcəyini də vurğulayıb. 

Qeyd edək ki, C.Bolton 2018-ci ilin aprelində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə gətirilib. D.Tramp isə 2017-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan indiyədək 4 ayrı milli təhlükəsizlik üzrə müşavirlə işləyib. \\Yeni Sabah




Ana səhifəyə qayıt        Baxış: 21          Tarix: 10-09-2019, 21:12      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent