Xəbər lenti

 

Rusiyanın Kamçatka vilayətində iki azyaşlı uşağın qətli ilə bağlı cinayət işi başlanılıb.
Faciə sentyabrın 9-da, səhər saatlarında baş verib.
27 yaşlı qadın beş yaşlı oğlunu və yaş yarımlıq qızını özünə bağlayaraq Kraşeninnikov buxtasına girib. Ətrafdan keçən insanlar uşaq qışqırıqlarını eşidərək, polisə və xilasedicilərə məlumat veriblər.
Hüquq-mühafizə orqanları və xilasedicilər hadisə yerinə gəldikdən sonra qadına qayıq vasitəsilə çata biliblər. Beş yaşlı uşağın meyiti sudan çıxarılıb, yaş yarımlıq qız isə reanimasiyada ölüb. Qadını isə həyata qaytarmaq mümkün olub. Hazırda onun saxlanılması ilə bağlı məsələ müzakirə edilir.
Kamçatka vilayətinin hüquq-mühafizə orqanlarının məlumatına əsasən, qadın onunla münasibətdə olan kişinin xəyanətindən xəbər tutduqdan sonra uşaqlarını boğmaq qərarına gəlib.
Yekaterina adlı qadın uşaqlarının atasının ailəli olduğunu və başqa qadınlarla da görüşdüyünü öyrənib. Qonşuların dediyinə görə, bunu eşidən qadın ağlını itirib.



Ana səhifəyə qayıt        Baxış: 19          Tarix: 11-09-2019, 11:07      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent