Xəbər lenti
21-09-2019, 20:33

 

“Müxtəlif qüvvələr təsir əldə etmək və öz ideologiyasını yeritməyə çalışır. Xalq isə müsbət dəyişikliklər gözləyir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan patriarxı II İlya ölkənin yeni baş naziri Giorgi Qaxariaya ünvanladığı məktubda bildirib.

Patriarx G.Qaxarianı baş nazir vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib.

II İlya qeyd edib ki, müstəqillik əldə olunandan sonra Gürcüstanda gərgin siyasi proseslər səngimək bilmir: “Təəssüflər olsun ki, bu vaxt ərzində əhalinin ən əsas problemlərini həll etmək, sosial durumu yaxşılaşdırmaq, milli dəyərləri önə çəkmək, milləti birləşdirmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək mümkün olmayıb”.

Gürcüstan patriarxı yeni baş nazir və hökumətin səylərinin bu vacib problemlərin aradan qaldırılmasına yönələcəyinə ümidvar olduğunu vurğulayıb. 




Ana səhifəyə qayıt        Baxış: 19          Tarix: 12-09-2019, 16:24      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent