Xəbər lenti

 

Xəzər dənizi üzrə Rusiya və Türkmənistanın bir sıra görməli yerlərini əhatə edəcək səyahət turları planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyinə müsahibəsində Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.

"Artıq 2020-ci ildə Xəzər dənizi üzrə əsasən Həştərxandan Aktau, Türkmənbaşı, Bakı, Mahaçqala naviqasiyası üzrə marşrut planları hazırlanıb. Mən "Avaz" turizm zonasına və Türkmənbaşı limanı vasitəsilə gəzintini Türkmənistan nümayəndələri ilə müzakirə etdim", - deyə o bildirib.

Onun sözlərinə görə, Türkmənistanla qarşı tərəfin səyahət turlarının müəyyən edilməsi haqqında razılıq əldə olunub.

Bundan başqa, Babuşkinin sözlərinə görə, bu məsələ artıq Qazaxıstan səfiri ilə müzakirə edilib. "Əminəm ki, İran və Azərbaycan şövqlə bizim bu ideyamızı və səyahət imkanlarını dəstəkləyəcəklər", - o qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 29          Tarix: 16-09-2019, 08:53      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent