Xəbər lenti

 

Ər-Riyadın iki ən böyük neft emalı zavodunun təkcə dronlarla yerlə-yeksan edilməsi inandırıcı görünmür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Səudiyyə Ərəbistanında neft emalı zavodlarının İran tərəfindən partladılması barədə ittihamlardan danışarkən deyib. O, ABŞ-ın bununla bağlı sübutları olduğunu bildirib:

“Bu hadisə nəticəsində Ər-Riyadda neft emalı müəssisələlərinin gücü yarı-yarıya aşağıya düşüb. ABŞ kəşfiyyatı göstərir ki, həmin neftayırma zavodlarının hər ikisini İran vurub. İran isə ittihamları rədd edərək deyir ki, hadisəni Yəməndəki husilər törədib və onların İrana aidiyyəti yoxdur. ABŞ hətta sübutları Səudiyyə Ərəbistanına verdiyini iddia edir və bildirir ki, zavodların vurulma anı səmadakı hərbi xarakterli peyklər tərəfindən qeydə alınıb. Üstəlik, həmin neftayırma zavodlarına həm də raketlər atıldığı bildirilir. Çünki təkcə dron məsələsi ilə iki böyük zavodda böyük yanğınlar törətmək mümkün olmazdı.

Buna cavab olaraq, ABŞ İranın iki böyük neftayırma zavodunu sıradan çıxaracağını bəyan edib. Yəni həmin zavodlar artıq hədəfə götürülüb və ABŞ Səudiyyə Ərəbistanı ilə danışıqların nəticələrini gözləyir ki, həmin zavodlara cavab zərbəsi endirsin. Vəziyyəti qızışdıran məqamlardan biri də ondan ibarətdir ki, İran Silahlı Qüvvələrinin baş komandanı ABŞ-ın İrana məxsus zavodları vuracağı təqdirdə ABŞ-ın Qətərdəki və BƏƏ-dəki iki hərbi bazasını və Hörmüz boğazındakı təyyarədaşıyan gəmisini sıradan çıxaracağını açıqlayıb.

İran Silahlı Qüvvələrinin baş komandanı həmçinin, İranın 2 min km məsafədə olan ərazilərə nəzarət etdiyini və hər hansı bir müdaxilə olarsa, cavab tədbiri görəcəklərini söyləyib.

Zənnimcə, vəziyyət kifayət qədər gərgindir. İran tərəfinin dedikləri həqiqəti əks etdirmir. Yəqin ki, Səudiyyə Ərəbistanı ilə ABŞ İranın iki neftayırma zavodunu sıradan çıxaracaq. Çox tezliklə belə bir hadisənin şahidi ola bilərik”.

Politoloqun sözlərinə görə, Səudiyyə Ərəbistanında neft emalı zavodlarının partladılmasında İran tərəfinin günahkar olması real görünür:

Əgər bir ölkənin iki nəhəng neftayırma zavodu sıradan çıxarılıbsa, bundan İrana qarşı sui-qəsd planı kimi istifadə etmək inandırıcı görünmür. Bu gün Səudiyyə Ərəbistanı kimi nəhəng neft istehsalçısının birdən-birə işini yarı-yarıya azaltması çox ciddi faktordur. Bu nöqteyi-nəzərdən burada İrana qarşı bəhanə elementi görmürəm.

Çünki husilər dronlar istehsal etmək gücünə malik deyil. Husilər bundan əvvəl dəfələrlə İran istehsalı raketlərlə Səudiyyə Ərəbistanının ərazisini raket atəşinə tutublar. Məlumdur ki, husiləri himayə edən tərəf İrandır. Digər tərəfdən, husilər təkbaşına belə bir ciddi əməliyyatı həyata keçirə bilməzlər. Bunun üçün müəyyən peyk görüntüləri əldə etmək, məsafənin uzaqlığını ölçmək, hədəfin dəqiq parametrlərini müəyyənləşdirmək və s. addımlar atmaq lazım idi. “Ayaqyalın” husilər belə elmi-texnoloji imkanlara malik deyil”.

Politoloq bildirib ki, hadisə nəticəsində Səudiyyə Ərəbistanına böyük zərbə dəyib və ilk fürsətdə qisasını almağa çalışacaq:

“Bu isə bölgədə müharibə deməkdir. İrana qarşı dəqiq zərbələrin vurulmasında ABŞ iştirak edə bilər. Çünki Səudiyyə Ərəbistanı bu məsələdə yetərli hərbi-texnoloji imkanlara malik deyil”




Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: 16-09-2019, 17:06      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent