Xəbər lenti

 

ABŞ-ın Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İrəvan şəhərindəki bürosunun qarşısında amerikalı milyarder Corc Sorosun ironik heykəli qoyulub.

Teleqraf.com xəbər verir ki, bu addım “Veto” adlı Soros əleyhdarları tərəfindən atılıb.

“Veto” təşkilatının lideri Narek Malyan abidənin açılış mərasimində çıxış edərkən, Ermənistan hakimiyyətini sorosçu adlandırıb və ölkənin milli maraqlarını satmaqda ittiham edib:

“Əlində çanta tutmuş halda təsvir olunan Soros bu çantadan erməni fəallarına qrant paylayır. Onlar amerikalı milyarder tərəfindən dövlətimizi və dövlətçiliyimizi məhv etmək üçün maliyyələşdirilən insanlardır. Müəyyən dərəcədə buna müvəffəq oldular”.

“Veto” bir neçə müddətdir İrəvanda Baş nazir Nikol Paşinyanın hakimiyyəti əleyhinə mitinqlər keçirir. Təşkilat Paşinyandan Sorosun başçılıq etdiyi fondun paytaxtdakı ofisini bağlamağa çağırır.

Əlavə edək ki, Corc Soros ayrı-ayrı vaxtlarda Ukrayna, Gürcüstan, Tunis, Qırğızıstan və digər dövlətlərdə baş vermiş “məxməri inqilab”ların “xaç atası” kimi tanınır.




Ana səhifəyə qayıt        Baxış: 473          Tarix: 20-09-2019, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma