Xəbər lenti

 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Prezident Donald Trampa Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumlara cavab olaraq, İrana qarşı görülə biləcək tədbirlərin siyahısını təqdim etmək niyyətindədir.

Bu barədə “Associated Press” ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu hərbi planlar İran ərazisindəki müəyyən hədəflərə hava hücumunun təşkili və buna Tehranın mümkün cavab tədbirlərini əhatə edir.

Eyni zamanda, bu çərçivədə prezidentə İran İslam Respublikasına qarşı hərbi əməliyyatların müharibə ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq ediləcəyi də vurğulanıb.

ABŞ ötən həftə Səudiyyə Ərəbistanının neft müəssisələrinə dronlarla edilən hücumlara görə İranı ittiham edir.\\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 396          Tarix: 20-09-2019, 22:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma