Xəbər lenti

 

Türkiyənin Suriyanın bütövlüyü uğrunda və İŞİD-ə qarşı mübarizəyə verdiyi dəstək vazkeçilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri amerikalı senator Lindsi Qrehem deyib.

"Ən önəmlisi budur ki, Türkiyə İdlibdə 4 milyon insanın qətlə yetirilməsinin qarşısını alır. Türkiyə ilə daha strateji bir münasibət qurmağa ümid edirəm. Həmçinin, Türkiyənin F-35 proqramına qayıtması və azad ticarət anlaşmasının imzalanması çox vacibdir. Türkiyə təkcə Suriya üçün deyil, bütün bölgə üçün önəmli müttəfiqdir", - Qrehemi bildirib.




Ana səhifəyə qayıt        Baxış: 278          Tarix: 23-09-2019, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma