Xəbər lenti

 

Amerikalı dalğıclar 1901-ci ildə Minnesota ştatındakı Superior gölündə batan gəmi aşkarlanıb. 

Bununla bağlı MRP News” məlumat yayıb.

Yerli sakinlər onu “kabus gəmisi” adlandırırlar. 

Gəmi gölün 250 metr dərinliyində aşkarlanıb. Araşdırmaçılar onun şəklini çəkməyə nail olublar. 

Məlumata görə, 1888-ci ildə hazırlanmış gəmi praktiki cəhətdən heç bir zədə almayıb. 

Bildirilib ki, gəmi 118 il əvvəl, 1901-ci ilin sentyabrında güclü qasırğa zamanı batıb. Hadisə zamanı bəzi gəmiçilərin meyitləri çıxarılıb, qalanlarının taleyi isə hələ də məlum deyil. 

Yerli sakinlər iddia edir ki, “kabus gəmisi” indi də suyun altında hərəkət edir. 

Əslində, nəyin baş verdiyini və gəminin sirlərini tarixçilər araşdırmalı olacaq.




Ana səhifəyə qayıt        Baxış: 198          Tarix: 30-09-2019, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma