Xəbər lenti

 

ABŞ-ın Florida ştatının sakininin həyat yoldaşını öldürmək planı özünün iflic olmasına səbəb olub.

Bu barədə “New York Post” xəbər yayıb. 

65 yaşlı Henri Herbiq bir neçə həftə ondan ayrı yaşayan həyat yoldaşını öldürmək üçün plan hazırlayıb. 

Herbiq qadının yaşadığı mənzilinə qədər marşrut xəttini elə hazırlayıb ki, heç bir təhlükəsizlik kamerasına yaxalanmasın. Üstəlik, maşında hər növ öldürücü alət olub: taxta dəyənək, silah, böyük qayka açarı. Bundan əlavə, kişi maskalanmaq üçün də müxtəlif ləvazimatlar, zibil torbası və yapışqan lent götürüb. 

O, arvadının Virciniya çimərliyindəki evinə gəlib, iti ilə çölə çıxan ögey qızını qayka açarı ilə başından vurub. Daha sonra evə daxil olaraq yoldaşını tapıb və onu vurmağa başlayıb. Qadının çənəsini sındıran kişi müqavimətlə qarşılaşacağını hesablamayıb. Belə ki, qadının qızı silahı götürərək kişiyə atəş açıb. Güllə kişinin onurğa sütünundan dəyərək onu iflic edib. 

Hadisə yerinə gələn polislər kişinin maşınından tapdıqları cinayət alətlərini maddi sübut kimi götürüb. Hazırda məhkəmə davam etsə də, vəkilləri kişinin iflic olduğunu əsas tutaraq onun azad olunmasına nail olmağa çalışır. 




Ana səhifəyə qayıt        Baxış: 288          Tarix: 30-09-2019, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma