Xəbər lenti
15-10-2019, 20:29
15-10-2019, 20:09

 

Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun ötən gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi bəyanata reaksiya verib. 

R.Həsənov Oxu.Az-a açıqlamasında  bildirib ki, hələlik gözləmək lazımdır. 

“Bilirsiniz ki, cənab Prezident Soçidə səfərdədir. Danışıqları gözləmək lazımdır. Əlavə məlumat veriləcək”, - deyə R.Həsənov əlavə edib. 

Qeyd edək ki, Rusiya XİN başçısı S.Lavrov Qarabağ cəbhəsində sakitliyin müşahidə olunduğunu deyib. Bununla belə, o bildirib ki, siyasi proses dayanıb.

“Bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda irimiqyaslı əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm”.

O qeyd edib ki, Rusiya Qarabağ cəbhəsində sabitliyin pozulmaması üçün əlindən gələni edəcək.

S.Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) yaxından işlədiyini  də bildirib.




Ana səhifəyə qayıt        Baxış: 46          Tarix: 3-10-2019, 11:13      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent