Xəbər lenti

 

Rusiyanın Yakutiya əyalət məclisinin keçmiş deputatı Aleksandr Krılov Oymyakon rayonunda ayı hücumu nəticəsində ölüb. 

Bununla bağlı “RİA Novosti” əyalətin bələdiyyə sədr İqor Vodovozova istinadən məlumat yayıb. 

Onun sözlərinə görə, Krılov yoldaşları ilə birlikdə ova gedən zaman ayı ona hücum edib. Əvvəlcə deputat ayıya atəş açıb. Yerə yıxılan heyvana yaxınlaşan zaman isə yaxınlıqda olan digər ayı ona hücum çəkib. 

Onun cəsədi Tomtora çatdırılıb. 




Ana səhifəyə qayıt        Baxış: 324          Tarix: 5-10-2019, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma