Xəbər lenti

 

Ekvadorun dövlət neft şirkəti “Petroamazonas” Amazon bölgəsindəki 3 yataqda kütləvi etiraz aksiyaları üzündən hasilat işlərini dayandırıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məsələ ilə bağlı açıqlama verən ölkənin Neft Nazirliyi fasilə nəticəsində ölkədə gündəlik neft hasilatının həcminin 59 450 barel azalacağını bəyan edib. 

Xatırladaq ki, Ekvadorda kütləvi etirazlar bu aydan başlayıb. Buna səbəb hökumətin yanacaqla bağlı 1970-ci illərdən qüvvədə olan dəstəyini dayandırmasıdır. Prezident Lenin Moreno dövlətin bu maliyyə yükünü çəkmək iqtidarında olmadığını bildirib. Son nəticədə ölkədə yanacaq qiymətləri 2 dəfədən çox artıb. 

Bundan başqa, hökumət maliyyə problemləri üzündən gələn ildən Neft İxrac Edən Ölkələr Birliyini tərk edəcəklərini də açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 251          Tarix: 8-10-2019, 15:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma