Xəbər lenti
15-10-2019, 20:29
15-10-2019, 20:09

 

Türkiyə Suriya ilə sərhədə zirehli texnika yeridib.

"Report" xəbər verir ki, Türkiyə qoşunlarının hərəkətini əks etdirən videogörüntüləri "Anadolu" və digər agentliklər, RT kanalı yayıb.

Videogörüntülərdən birində M60 tankları və M113 zirehli transportyorları əks olunub. Başqa videoçarxlarda hərbi kolonun Suriya ilə bir neçə yüz metr sərhəddəki Şanlıurfa əyalətinin Akçakala şəhərindən çıxışı əks olunub.

Kadrlarda müxtəlif tipli zirehli avtomobillər, hərbi yük maşınları, həmçinin artilleriya qurğuları görünür. "Anadolu"nun məlumatına görə, kolon təxminən 130 avtomobildən ibarətdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəllərində bildirib ki, yaxın günlərdə Suriyanın şimalında, Fərat çayı sahilində əməliyyat  başlayacaq. O, əlavə edib ki, əməliyyatda məqsəd Türkiyənin Suriya ilə sərhədlərini PKK terrorçularından təmizləməkdən, təhlükəsizlik zonası yaratmaqdan ibarətdir. 

“ABŞ prezidenti Donald Tramp hərbçilərin Suriya-Türkiyə sərhədindən çıxması əmrini çoxdan versə də bunun icrasına dünən (oktyabrın 6-da-red.) başlanılıb”, - deyə o oktyabrın 7-də  bildirib.




Ana səhifəyə qayıt        Baxış: 23          Tarix: 9-10-2019, 10:14      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent