Xəbər lenti

 

Amerika hərbçiləri Suriyanın Türkiyə hərbçilərinə qarşı hərəkət edən hökumət qüvvələrinin irəliləyişi imkanlarını məhdudlaşdırırlar. 

"Report"un məlumatına görə, bu barədə yeri KİV-ə istinadən "İnterfaks" xəbər yayıb.

Belə bir hadisə Suriya ordusunun şəhərin qərb ərazisinə daxil olmağa cəhdi zamanı baş verib. Qeyd edilir ki, Suriya hərbçiləri Manbic şəhərinə daxil olmağa çalışırlar. 

Xatırladaq ki, bir sıra mətbuat orqanları Suriya ordusunun Türkiyə Silahlı Qüvvələrinin hərəkət etdiyi əraziyə doğru istiqamət alması barədə xəbər yayıb. Məlumata görə, Suriya hökuməti Türkiyəyə qarşılıq vermək üçün ölkənin şimalına qoşun yerləşdirir. 




Ana səhifəyə qayıt        Baxış: 374          Tarix: 14-10-2019, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma