Xəbər lenti

 

Gürcüstanın Qardabani rayonunun Kalinino kəndində müəllim kimi çalışan Həmid Sadıx ictimai qınaqla üzləşib.

Buna müəllimin “Facebook” səhifəsində vaxtilə dərs dediyi şagirdlərdən birinin zorla qaçırılması ilə bağlı yazdığı status səbəb olub.
H.Sadıx qeyd edib ki, həmin qızı Təzəkənd kəndində dayanacaqlardan birində olarkən qaçırıblar. O, buna görə icmanı günahlandıraraq kəskin və təhqiramiz ifadələrə yol verib.
“Mtavari arxi” televiziya kanalının yaydığı məlumata əsasən, H.Sadıxın statusundan hiddətlənən Təzəkənd kəndinin ağsaqqalları onu kəndin mərkəzində ictimai şəkildə qınayıblar.
Gənc müəllimin ictimai formada qınanması videoya çəkilərək yayılıb. Polis Təzəkənddə baş verən olayla bağlı araşdırmaya başlayıb. \\Rreport




Ana səhifəyə qayıt        Baxış: 318          Tarix: 14-10-2019, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma