Xəbər lenti

 

“Ermənistan Xarici İşlər Nazirliyi erməni jurnalistlər üçün Gürcüstan ərazilərinə giriş qadağasının olduğundan xəbərdardır”.

Bunu Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan deyib.

Jurnalistlərlə keçirdiyi brifinqdə Anna Nağdalyan Ermənistanda fəaliyyət göstərən “Epress” saytının jurnalistlərinin Gürcüstana buraxılmaması haqda açıqlama verib:

“Məsələ ilə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyini məlumatlandırmışıq. Gürcüstan tərəfindən aydınlıq gözləyirik”.

Oktyabrın 11-də Gürcüstan-Ermənistan sərhədində Ninotsminda-Bavra keçid məntəqəsində 4 saatdan çox saxlanıldıqdan sonra “Epress” saytının jurnalistlərinin Gürcüstana girişinə icazə verilmədiyi bildirilmişdi. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 401          Tarix: 14-10-2019, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma