Xəbər lenti

 

Oktyabrın 15-nə keçən gecə Almaniyanın Herne şəhərində (Şimali Reyn-Vestfaliya federal əyaləti) Türkiyədən gələn mühacirlərlə kürdlər arasında qarşıdurma baş verib.

Virtualaz.org bildirir ki, bu barədə yerli Deutsche Welle nəşri məlumat yayıb.

İnsident zamanı 5 nəfər yaralanıb, onların arasında bir polis də var.

Nəşrin yazdığına görə, bu şəhərdə əsasən kürdlərdən ibarət təxminən 350 nəfər toplaşaraq Ankaranın Suriyanın şimalındakı hərbi əməliyyatına etiraz mitinqi keçirirmiş.

Polisin verdiyi məlumata görə, dava da yaxınlıqdakı türk kafesinə gələnlərlə mitinqdəki kürdlər arasında baş verib. Kürd nümayişçiləri türk kafesinin pəncərəni və içərisindəki mebeli sındıraraq dağıdıblar.

Polis bir neçə iş açıb, amma “isti izlərlə” heç kəsi saxlamaq mümkün olmayıb.




Ana səhifəyə qayıt        Baxış: 301          Tarix: 15-10-2019, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma