Xəbər lenti

 

Barselonanın mərkəzində keçirilmiş və iğtişaşla yekunlaşmış etiraz aksiyasının gedişatında azı 52 nəfər xəsarət alıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə yerli "El Pais" qəzetinin internet portalı məlumat yayıb.

Məlumata görə, aksiya zamanı baş vermiş qarşıdurmalarda 32 nəfər Barselonada, 10 nəfər Leydedə, 5 nəfər Jironda xəsarət alıblar. Aksiya zamanı həmçinin Sils, Sallent, Manresa və Tarraqona şəhərlərinin də sakinləri xəsarət alıblar. Xəsarət alanlar arasında yetkinlik yaşına çatmayan 1 nəfər də var. O, kəllə-beyin xəsarəti ilə xəstəxanaya müraciət edib.

Aksiyanın gedişatında Kataloniyanın polis xidmətinin əməkdaşları zorakılıq hərəkətlərinə görə azı 20 nəfəri saxlayıblar.

Qeyd edilir ki, aksiyada 22 mindən çox nümayişçi iştirak edib. Yelri RTBE telekanalı isə bildirib ki, etirazlar zamanı 10-dan çox avtomobil yandırılıb. 


***01:33

Barselonanın mərkəzində keçirilmiş və iğtişaşla yekunlaşmış etiraz aksiyasının gedişatında azı 11 nəfər xəsarət alıb.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə "La Vanguardia" qəzeti bildirib.

Məlumata görə, aksiya şəhərin mərkəzində, Kataloniya hökuməti yanında Daxili İşlər Departamentinin binası yaxınlığında keçirilib.

Nümayişçilər polislərə böyük daşlar və pirotexniki vasitələr atmağa başlayıblar. Aksiya zamanı daha 1 nəfər saxlanılıb.

Üzü bağlı şəxslər küçələri bağlamağa və zibil yeşiklərini yandırmağa davam ediblər. İlkin məlumata görə, 5-dən çox avtomobil yanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərə qarşı dəfələrlə güc tətbiq ediblər. Etirazların gedişatında həmçinin "Telemadrid" telekanalının operatoru zərər çəkib.




Ana səhifəyə qayıt        Baxış: 331          Tarix: 17-10-2019, 09:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma