Xəbər lenti

 

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün parlamentdə “nazir saatı” formatında çıxış edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofo Katsarava bildirib.

Onun sözlərinə görə, nazir çıxışı zamanı bir sıra məsələlərə toxunacaq: “David Zalkaliani çıxışında rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüş, işğal altında olan ərazilərdə vəziyyət barədə danışacaq. Nazir həmçinin David Qareci (Keşikçi Dağı Məbəd-Kompleksi) ətrafında baş verən proseslərə də toxunacaq”.

D.Zalkalianinin çıxışından sonra debatlar keçiriləcək. 




Ana səhifəyə qayıt        Baxış: 440          Tarix: 17-10-2019, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma