Xəbər lenti

 

Terror qruplarını sıradan çıxarmaq üçün sülh hərəkatına başlayan, Suriyaya ordu göndərən Türkiyəni qınayan çoxdur.

Daha çox Qərb dövlətləri qardaş ölkəni hərbi fəaliyyəti dayandırmağa çağırırlar. Amma Avropada Türkiyəni dəstəkləyənlər də var.

Daha bir Avropa ölkəsi Türkiyənin yanında olduğunu bəyan edib. Bolqarıstan Ərdoğan hökumətinin addımına dəstək ifadə edib.

Bununla da Türkiyəni dəstəkləyən Avropa ölkələrinin sayı 3-ə çatıb. Daha əvvəl Macarıstan və İspaniya belə addım atmışdı.

Bolqarıstanın baş nazirinin müavini, xarici işlər naziri Yekaterina Zahariyeva dövlət televiziyasına açıqlamasında Türkiyəni ittiham etməyin yersiz olduğunu bildirib. O, Türkiyəni müttəfiq dövlət, yaxşı qonşi adlandırıb. Xarici işlər naziri ölkələr arasında ticarət mübadiləsinin 4,2 milyard dolları keçdiyini xüsusi vurğulayıb.(bizimyol.info)




Ana səhifəyə qayıt        Baxış: 222          Tarix: 17-10-2019, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma