Xəbər lenti

 

Rusiya tədqiqatçıları Arktikaya ekspedisiya zamanı qəhvə dənləri ilə yaxşı vəziyyətdə qalmış çəlləklər aşkarlayıblar.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, çəlləyin 1902-ci ildə Amerika ekspedisiyası Evelina Bolduin bazasında qoyulduğu məlum olub.

Səyahətçi-tədqiqatçı Leonid Kruqlov özünün "Instagram"dakı səhifəsində bildirib ki, Amerika ekspedisiyasının bazası Frans İosif torpağında çox yaxşı vəziyyətdə qalıb.

Kruqlov qeyd edib ki, amerikalılar yürüşə əsaslı şəkildə hazırlaşıblar. Onların tabeliyində bir neçə Arktika baza düşərgəsi, 420 Sibir iti, 15 poni və 60-dan çox xizək olub. 




Ana səhifəyə qayıt        Baxış: 277          Tarix: 18-10-2019, 08:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma