Xəbər lenti

 Əfqanıstanda cümə namazı qılan müsəlmanlar terror aktının qurbanı olub.
Publika.az “Röyters”ə istinadən xəbər verir ki, Nangərhər bölgəsində yerləşən məsciddə meydana gələn partlayış nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
Bu barədə bölgənin bələdiyyə rəsmisi Ataullah Xoqyani TOLO xəbər agentliyini məlumat verib.
Hadisə şahidləri partlayışdan sonra məscidin damının çökdüyünü bildirib.
Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.




Ana səhifəyə qayıt        Baxış: 202          Tarix: 18-10-2019, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma