Xəbər lenti

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, çərşənbə günündən başlayaraq, Rusiya Federasiyası ilə birgə patrul xidməti haqqında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarında çıxarılmalıdır.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir. 

"Biz sabahdan başlayaraq, layihəmizi həyata keçirəcəyik. 150 saat ərzində YPG terrorçuları və ağır silahlar 30 kilometr geri çəkiləcək və ləğv ediləcək. Bizim birgə patrullarımız 10 kilometr dərinlik boyunca xidmət həyata keçirəcək. YPG-nin bütün terrorçuları bu ərazidən çıxarılacaq. Hər iki dövlət terrorçuların əraziyə girməməsi üçün bütün lazımi tədbirləri görəcək və sıx əlaqəli şəkildə işləyəcəklər", - deyə Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası prezidenti Vladimir Putinlə danışıqların nəticəsinə əsasən bildirib.

O, həmçinin əlavə edib ki, Türkiyə və Rusiya Federasiyası Suriyada siyasi nizama salmaya nail olmaq üçün səy göstərəcəklər. 


***21:43

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüş başa çatıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin Suriyada separatçılıq əhval-ruhiyyəsinin artmasına görə narahatlığını ifadə edib.

"Bu regionda terrorçuluq təhlükəsinin artması və bu regionda etnokonfessional ziddiyyətlərin artması ilə əlaqədar Türkiyə tərəfinin narahatlığını bölüşürük", - deyə o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bildirib.

Rusiya lideri qeyd edib ki, bu ziddiyyətlər və separatçılıq əhval-ruhiyyələri son zamanlar kənardan süni şəkildə qızışdırılır.


***15:04

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan Soçidə görüş keçirir.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı Putin Suriyadakı vəziyyətin kəskin olduğunu bildirib.

"Bunu hamı görür və başa düşür. Rusiya ilə Türkiyə arasında bu mövzuda məsləhətləşmələrə tələbat çoxdur", - o deyib.




Ana səhifəyə qayıt        Baxış: 480          Tarix: 22-10-2019, 22:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma