Xəbər lenti

 

Pakistanda sərnişin qatarında yanğın baş verib.

APA-nın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.

Yanğın nəticəsində 62 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Yanğına qaz balonunun partlaması səbəb olub. Pakistan dəmiryol naziri Şeyx Rəşid Əhməd bildirib ki, yanğın Ravalpindiyə gedən sərnişin qatarının 3 vaqonunda qeydə alınıb.

Yanğın söndürülüb.




Ana səhifəyə qayıt        Baxış: 330          Tarix: 31-10-2019, 10:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma