Xəbər lenti
16-11-2019, 23:45
16-11-2019, 23:09

 

Sülh çeşməsi” əməliyyatı çətin idi. Bizim heç bir tərəddüdümüz yox idi. Əməliyyatın nəticəsinin faydası varmı? Sözsüz ki, var!

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin sabiq Baş Qərargah rəisi, general İlkər Başbuğ deyib.

General bildirib ki, Türk Silahlı Qüvvələri “Sülh çeşməsi” əməliyyatı sayəsində terror dəhlizini parçalayıb: “İraq modelinin Türkiyədə tətbiq edilməsi ehtimalı aradan qalxdı. Bu, böyük uğurdur. Ancaq əsas problemimiz YPG/PYD-ni terror təşkilatı kimi qəbul etdirə bilməməyimizdir. Suriya rejimi cənubdan, siz şimaldan gəlirsiniz. Bu faktiki YPG-nin bitirilməsi deməkdir. Ancaq YPG-nin bitirilməsini nə Rusiya, nə də ABŞ arzu edir”.

General ABŞ Konqresinin aşağı palatasının saxta erməni soyqrımı haqda qanun layihəsi qəbul etməsinə də münasibətini ifadə edib: “Soyqrımının olduğunu deyə biləcək yeganə ünvan məhkəmədir. Bu, açıq və netdir. Digər Avropa ölkələri parlamentləri saxta soyqrımı təsdiq edən qərarlar vermədimi? Sonunda Konqresin Təmsilçilər Məclisində belə bir qərar verilib. Bu barədə qışqırmaq lazımdır. Siz bu movzuda səlahiyyət sahibi deyilsiniz. Bunun soyqrım olmasını iddia edə bilmək üçün qarşı tərəfin dövlətinin bu hadisənin planlaşdırıldığı və icra olunduğuna dair fakt və dəlilləri ortaya qoyması lazımdır. Nə parlamentlər, nə də siyasətçilər bu hadisəni soyqrımı kimi təqdim etmək səlahiyyətinə malik deyil. Bu mövzuda yalnız məhkəmə qərar verə bilər”.




Ana səhifəyə qayıt        Baxış: 1 249          Tarix: 1-11-2019, 12:14      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent