Xəbər lenti

 

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryana atası ilə görüş qadağan edilib.

Bunu Robert Koçaryanın vəkili Ruben Saakyan noyabrın 7-də jurnalistlərə bildirib.

Jurnalistin "ata ilə oğlun görüşünə niyə icazə vermirlər" sualına cavabında vəkil bildirib ki, bunu onlardan (hakimiyyəti nəzərdə tutur - red.) soruşun.

Qeyd edək ki, noyabrın 7-də Yerevan məhkəməsinin hakimi Anna Danibekyan Robert Koçaryanın girov qarşılığında zaminə buraxılmasına dair vəsatəti təmin etməyib.\\Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 361          Tarix: 7-11-2019, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma