Xəbər lenti

 

NATO Baş katibi Yens Stoltenberq və Almaniya Kansleri Angela Merkel Fransa Prezidenti Emmanuel Makronun “NATO beyin ölümü keçirdi” açıqlamasına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Makron Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını dayandırmamasına görə NATO-nu sərt şəkildə tənqid etmişdi.

Berlində mətbuat konfransı keçirən Merkelin Fransa prezidentinə cavabı belə olub:

“Fransa prezidentini öz mövqeyini bildirmək üçün sərt ifadələri seçdi. Mən NATO-dakı müttəfiqlər arasındakı münasibətlərin belə olduğunu düşünmürəm. NATO təhlükəsizliyimizin fundamental daşı olaraq qalır”.

Makronun etiraz yaradan fikirlərinə münasibət bildirən Stoltenberq isə bunları deyib:

“NATO keçmişdə də belə çətin dönəmlərdən keçib. 1956-cı ildə baş verən Süveyş gərginliyi və 2003-cü ildəki İraq müharibəsini xatırlamaq lazımdır”.




Ana səhifəyə qayıt        Baxış: 452          Tarix: 8-11-2019, 16:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma