Xəbər lenti

 

Türkiyə kürd YPG döyüşçülərini sərhədlərindən qovmaq və 2 milyon suriyalı qaçqını yerləşdirmək məqsədilə “təhlükəsizlik zonası” yaratmaq üçün ötən ay Suriyanın şimal-şərqinə üçüncü dəfə hücum edib.

Sərhəd boyunca 120 kilometr ərazini ələ keçirdikdən sonra Türkiyə kürd döyüşçülərini həmin ərazidən uzaqda saxlamaq üçün Birləşmiş Ştatlar və Rusiya ilə razılıq əldə edib.

Macarıstandan vətəninə qayıdarkən jurnalistlərlə görüşən Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriyada hücumunu bütün silahlılar ərazini tərk etməyənə qədər davam edəcəyini bir daha təkrar edib.

Birləşmiş Ştyatların dəstəklədiyi və Ankaranın terrorçu təşkilat kimi tanıdığı Suriya Demokratik Qüvvələrini (SDF) nəzərdə tutaraq, “Son terrorçu bölgəni tərk etməyincə biz sakit olmayacağıq” – deyə, Ərdoğan bildirib.

O, NTV kanalına dediyini bir daha təkrar edərək. “Digər ölkələr nə qədər oradadır, biz də oradan çıxmayacağıq” deyib.

Ankara hücuma keçən ay Trampın ordusunun Suriyanın şimalından çəkməsindən sonra başladı. Bundan sonra isə ABŞ prezident bəzi qoşunların orada fəaliyyətini davam etdirəcəyini bildirdi.

Vaşinqton və Moskva ilə razılığa əsasən, Ankara YPG döyüşçülərinin geri çəkilməsinin qarşılığında hücumu dayandırdı. ABŞ və Rusiya rəsmiləri kürd döyüşçülərinin bölgəni tərk etdiklərini bəyan etsə də, cümə axşamı Ərdoğan Rusiya və ABŞ-ı üzərlərinə düşən öhdəliyi yerinə yetirməməkdə günahlandırdı.

Ankara ilə Moskva arasında əldə edilən razılığa əsasən hər iki ölkənin qoşunları Türkiyənin Suriya ilə sərhədində birgə hərbi patrula başlayıb.

Cümə günü artıq patrul xidmətinin üçüncüsü həyata keçirilib.

SDF sözçüsü birgə patrula etiraz edən mülki vətəndaşlara qarşı Türkiyə qüvvələrinin gözyaşardıcı qazdan istifadə etdiyini bildirib.

“Türk qoşunları patrullara dinc etiraz edən insanları hədəf alıb, gözyaşardıcı qazdan istgifadə edbi və 10 nəfəri öldürüb” – deyə, SDF nümayəndəsi Mustafa Bali Twitter səhifəsində yazıb.

Türkiyənin Müdafiə Nazirliyi açıqlamasında planlaşdırıldığı kimi sərhəddə 10 km dərinlikdə 88 kilometr uzunluqda üçüncü patrulun tamamlandığını bildirib. (amerikaninses.org)




Ana səhifəyə qayıt        Baxış: 192          Tarix: 9-11-2019, 13:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma