Xəbər lenti

 

Dünən gecə saatlarında İranın şimal-qərbində baş verən güclü zəlzələdən yaralananların sayı 529-a çatıb. 

Bununla bağlı IRNA agentliyi məlumat yayıb. 

Şərqi Azərbaycan bölgəsinin fövqladə hallarla mübarizə və tibbi xidmət mərkəzinin rəhbəri Fərzad Rəhman bildirib ki, yaralılardan 31-i xəstəxanaya yerləşdirib, qalanları isə ambulator müalicədən sonra evə buraxılıb. 

Xatırladaq ki, noyabrın 8-də Şərqi Azərbaycanda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Təbrizdən 156 kilometr aralıqda yerləşib. İranda baş vermiş zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib.




Ana səhifəyə qayıt        Baxış: 197          Tarix: 9-11-2019, 14:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma