Xəbər lenti

 

“Anti-İŞİD koalisiyasının avropalı və digər üzvləri bu terror təşkilatının ələ keçirilən üzvlərini təhvil almalı və məhkəməyə çıxarmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Pompeo bildirib ki, koalisiyada təmsil olunan ölkələrin cinayətlərdə məsuliyyət daşıyan minlərlə terrorçunu təhvil alması əsas şərtdir:

“Saxlanılan əcnəbi militanların əksəriyyəti Avropadan gəlib, amma ölkələri onları geri almaq istəmir. Onları məhkəmədə mühakimə etmək İŞİD-in xilafətinin dirilməsi və ideologiyasının yayılmasının qarşısını alacaq”




Ana səhifəyə qayıt        Baxış: 245          Tarix: 15-11-2019, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma