Xəbər lenti

 

“Senator Lindsi Qrem hərəkətləri ilə tarixi faktları müdafiə edir və dünya tarixini həqiqətən bilən, anlayan və erməni təbliğatının və onun dezinformasiya maşınının qurbanı olmayan ABŞ qanunvericilərinin və senatorlarının da olduğunu nümayiş etdirir”.

Bunu amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys ABŞ Konqresində senator Lindsi Qrem tərəfindən qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin bloklanmasını şərh edərkən deyib.

“Cənubi Karolina ştatından olan senator Lindsi Qrem həmişə ABŞ-Türkiyə ittifaqını dəstəkləyib. Güclü, fəal liderliyi və ardıcıllığı onu hər zaman müstəsna senator edib”, – P.Teys bildirib.

Ekspert vurğulayıb ki, “erməni soyqırımı”nın tanınmasına qarşı çıxan L.Qremin hərəkətləri çox yüksək qiymətləndirilir. (Report)




Ana səhifəyə qayıt        Baxış: 405          Tarix: 15-11-2019, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma