Xəbər lenti

 

Bolivyada qiyamdan sonra parlamentdən uzaqlaşdırılan Sosializmə Doğru Partiyasından (MAS) olan deputatlar yenidən parlamentdə üstünlüyü təmin edib.

MAS-ın rəhbəri bir müddət əvvəl istefaya gedən prezident Evo Moralesdir.

Partiyanın parlamentə girməsi ilə yeni spikeri seçilib. Əvvəlki spiker Adriana Salvaterra qiyamın ikinci günü hərbçilərin hücumuna məruz qalmışdı və bundan sonra istefa verdiyi açıqlamışdı.

MAS-ın keçirdiyi yeni seçkidə isə partiya üzvü Eva Kopa spiker seçilib. MAS hazırda parlamentin üçdə iki hissəsini əlində saxlayır.

Boliviya Konstitusiyasına görə, spiker seçiləndən sonra dövlət başçısı postu Eva Kopaya keçsə də, Moralesin Meksikaya qaçmasından sonra özünü prezident elan edən Janin Anes hələ bu vəzifədədir.

Eva Kopa isə parlament sədri kimi ilk açıqlamasını verərək, qısa müddət ərzində erkən seçkilərin keçiriləcəyini və yeni seçki komissiyasının qurulacağını bildirib.

Müvəqqəti dövlət başçısı Janin Anes bundan əvvəlki komissiyanın bütün üzvlərini həbs etdirib. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 302          Tarix: 15-11-2019, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma