Xəbər lenti

 

Ermənistan parlamentinin keçmiş deputatı Karen Karapetyanın evi qarət olunub.

“Report” “RusArminfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Lori İdarəsindən bildirilib.

Məlumata görə, evdən “Churchill”, “Tiqr” və “Sayqa” markalı ov tüfəngləri oğurlanıb.

Bildirilib ki, Karen Karapetyan Rusiya vətəndaşı, milyarder, “Taşir” şirkətinin sahibi Samvel Karapetyanın qardaşıdır. 




Ana səhifəyə qayıt        Baxış: 360          Tarix: 16-11-2019, 00:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma