Xəbər lenti

 

İsrail Xarici İşlər naziri İsrael Kats İrandakı aksiyalara dəstək olduqlarını açıqlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kats mitinqçilərə müraciət edərək “yanınızdayıq” deyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ da İrandakı aksiyalara dəstək olduğunu bəyan etmişdi.

Xatırladaq ki, İranda benzinin qiymətinin 50%-dək artımına qarşı noyabrın 15-dən etiraz aksiyaları keçirilir. 21 şəhərdə ən az 106 nəfər ölüb. 1000-dək etirazçı isə saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 267          Tarix: 21-11-2019, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma