Xəbər lenti

 

Gürcüstan və ABŞ təhlükəsizlik sahəsində birgə əməkdaşlıq edəcəklər.

Bununla əlaqədar iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişi imzalanıb.

Gürcüstanın Müdafiə Nazirliyindən bildiriblər ki, sənədi ABŞ-da səfərdə olan Müdafiə naziri İrakli Qaribaşvli və ABŞ Müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper imzalayıblar.

Sazişdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın növbəti üç il üçün prioritet istiqamətləri müəyyənləşdirilib. Bu sənədin Gürcüstanın müdafiə sahəsində hazırlığının gücləndirilməsinə yönəldiyi bildirilir. \\Modern.az

 



Ana səhifəyə qayıt        Baxış: 351          Tarix: 22-11-2019, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma