Xəbər lenti

 

İranda 6 gün öncə internetə tətbiq edilən məhdudiyyət hələ də aradan qaldırılmayıb.

Bu gün İranın Rabitə naziri Məhəmməd Cavad Azəri Cəhromi “İsna” agentliyinə verdiyi müsahibədə bəzi bölgələrində internetin bərqərar olduğunu, digərlərində isə Ali Milli Təhlükəsizlik şurasının qərarı ilə yenidən qoşulacağını deyib.

Lakin “Net Blocks”un məlumatına əsasən, hazırda İrandan internetə çıxış 15%-dən aşağıdır, eləcə də mobil operatorların təqdim etdikləri internet xidməti isə hələ də söndürülmüş vəziyyətdədir.

6 gün ərzində rejimin interneti kəsməsi bir çox iqtisadi təşkilatlar və şirkətlərin fəaliyyətlərini müvəqqəti olaraq dayandırmasına səbəb olub. Bu günlər ərzində həmin iqtisadi korperasiyalar böyük miqdarda zərərə uğrayıblar.

Ötən gün “İran Turizm Şirkətləri Cəmiyyəti” internetin kəsilməsi səbəbindən xarici tur operatorları və turistlərlə bütün əlaqələr kəsilib və buna görə də, onlarla turistin ölkəyə səfəri ləğv edilib.

“Rəsmilər ölkədə turizmin inkişafı üçün proqram hazırlamışdılar və bu sektorun neft sahəsinin gəlirlərinin azalmasını kompensasiya edəcəyini planlaşdırırdılar”, - deyə Cəmiyyətin açıqlamasında vurğulanır.

Sözügedən qurum Ali Milli Təhlükəsizlik Şurasına məktub ünvanlayaraq, şirkət və müəssisələrin daha çox ziyana uğramaması üçün internetin yenidən qoşulması üçün təcili göstəriş verməsini istəyib.

Bundan başqa, İran Ticarət Palatası və Valyuta Dəyişmə Məntəqələri Mərkəzi də (Sərrafilər-red.) internetin olmamasının onların işlərində böyük problemlərə yol açdığını və ziyana uğradıqlarını bildirib.

Qeyd edək ki, İran rejimi interneti kəsməklə, etirazlar zamanı insanları qətliam etməsinin görüntülərinin dünya mediasına yol açmasının qarşısını almağa çalışır. Ötən günlər ərzində bu səbəbdən müxtəlif bölgələrdə rejimin repressiya qüvvələrinin həyata keçirdikləri qırğınlar barədə ətraflı məlumat əldə etmək mümkün olmayıb. \\GünAz TV




Ana səhifəyə qayıt        Baxış: 242          Tarix: 22-11-2019, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma