Xəbər lenti

 

ABŞ-la ticarət savaşına girmək istəmirik, lakin lazım gələrsə, bu müharibədən qorxmuruq.

Bu sözləri Çin lideri Si Szinpi Blumberq Yeni İqtisadi Forumunda çıxışı zamanı deyib.

O, Birləşmiş Ştatlarla qarşılıqlı hörmət və bərabərliyə əsaslanan ticarət sazişi üzərində işləmək istədiklərini vurğulayıb: "Həmişə dediyimi kimi, ticari savaşa başlamaq istəmirik, amma bundan da çəkinmirik. Lazım gələrsə, əks-hücum edəcəyik, lakin ticarət müharibəsinin içində olmamaq üçün fəal şəkildə çalışırıq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün ABŞ və Çin arasında ticarət sövdələşməsinin bərabər şərtlər əsasında bağlana bilməyəcəyini söyləmişdi. \\Teleqraf




Ana səhifəyə qayıt        Baxış: 248          Tarix: 22-11-2019, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma