Xəbər lenti

“Nüvə anbarı üzərində...” - ABŞ-a NÖVBƏTİ TƏHDİDKoreya Xalq Demokratik Respublikasının (KXDR) Sülhün müdafiəsi üzrə xalq komitəsi ABŞ və Cənubi Koreyanı növbəti dəfə təhdid edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, komitənin bəyanat KXDR-in dövlət telekanalında səsləndirilib.

Bəyanatda ABŞ və Cənubi Koreyanın birgə təlimləri “nüvə barıt anbarının üstündə odla oyun” adlandırılıb. Bildirilib ki, Pxenyan düşmənçiliyin açıq təzahürünə cavab verəcək.

Avqustun 22-də Koreya yarımadasında “Ulchi Freedom Guardian” (UFG) adlı hərbi təlimlər başlayıb.

On gün davam edəcək ABŞ-Cənubi Koreya təlimlərində təxminən 50 min Cənubi Koreya və 17,5 min amerikalı hərbi qulluqçu iştirak edir. Təlimlər mütəmadi olaraq ballistik raket sınağı keçirən Şimali Koreyaya ünvanlanmış xəbərdarlıq kimi qiymətləndirilir.

Baxmayaraq ki, iki ölkənin birgə təlimləri hər il keçirilir, Koreya Xalq Demokratik Respublikasında (KXDR) hesab edirlər ki, bu dəfə onlardan KXDR-ə müdaxilə hazırlığı üçün istifadə oluna bilər. Pxenyan artıq təlimləri iki ölkənin “düşmənçiliyin təzahürü” adlandırıb.

Həmçinin, Şimali Koreya təlimlərin başlandığı gün ABŞ-ın Quam adasına zərbənin endirilməsi barədə bəyanatını təkrarlayıb. KXDR-in Rusiyadakı müvəqqəti işlər müvəkkili Zin Çjon Xep bildirib ki, adaya zərbə endirilməsi ilə bağlı hazırlıq işləri sona çatdırılıb və ABŞ özünü ağıllı aparmasa, zərbə endiriləcək.

“Bunu etməyəcəkləri təqdirdə onlar dünya ictimaiyyəti qarşısında Koreya yarımadasında növbəti dəfə rüsvay olacaqlar”, - deyə o bildirib.

Qeyd edək ki, Quam adasında ABŞ-ın “Andersen” aviabazası və “Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.




Ana səhifəyə qayıt        Baxış: 857          Tarix: 24-08-2017, 14:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma