Xəbər lenti

 

Ermənistanda avqustun 20-də hərbi hissənin ərazisində avtomatı çənəsinə söykəyərək intihar etmiş 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü səbəbindən “özünü öldürmə həddinə çatdırılma” maddəsi ilə açılan cinayət işi üzrə istintaq davam edir.

Virtualaz.org Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu ölkənin istintaq komitəsinin hərbi istintaq bas idarəsinin xüsusi mühüm işlər üzrə istintaq idarəsinin məlumatına görə, təkcə bir epizod üzrə Yerevan yaxınlığında, Kanakerdə hərbi bazasında Andranik Mkrtçyanla birlikdə xidmət edən 8 hərbi qulluqçu istintaqa cəlb olunub. Andranik Mkrtçyanın intihar etməsindən sonra başlanan cinayət işinin belə ajiotaj doğurmasına səbəb “Ando”nun başqa hərbçilərlə birlikdə gənc əsgərləri mütəmadi olaraq işgəncələrə və cinsi istismara məruz qoymasıdır.

İstintaq idarəsinin əməkdaşlarının bildirdiyinə görə, Andranik Mkrtçyanın və onunla birlikdə xidmət edən digər hərbçilərin işğal olunmuş Kəlbəcərdə döyüş postunda törətdikləri başqa cinayət əməlləri də araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 794          Tarix: 26-08-2017, 18:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma