Xəbər lenti

 

ABŞ-ın Ermənistandakı sabiq səfiri, son vaxtlar dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin səlahiyyətlərinin icra edəm Con Heffern məcburi istefaya göndərilib.

Bu barədə nüfuzlu Amerika nəşri "Foreign Policy" məlumatlı diplomatik mənbələrə istinadən xəbər yayıb.

Heffern 2011-ci ildən 2014-cü ilə qədər Yerevanda ABŞ diplomatik missiyasına rəhbərlik edib. O indiki postunu, Senatda namizədliyi təsdiqlənəndən sonra, siyasi təyinatlı Ues Mitçellə təhvil verməli, dövlət katibinin Avropa işləri üzrə köməkçisinin müavini vəzifəsinə qayıtmalı və Mitçellin əsas məsləhətçi olmalı idi. Belə vəzifələrdə olan diplomatlar, adətən, siyasətçilərə öz vəzifələrini icra etmək üçün kömək etməkdə mühüm rol oynayırlar. Ancaq Hefferni bu vəzifədən kənarlaşdırdılar.

"Heffernin istefası indiki administrasiya rəhbərliyinin istedadlı məmurları təmizlədiyinin daha bir göstəricisidir”, - deyə anonimliyinin qorunmasını istəyən Dövlət Departamentinin rəsmisi bildirib.

Verilən nformasiyaya əsasən, Heffern bundan sonra da Dövlət Departamentinin əməkdaşı olaraq qalacaq, amma onun məhz hansı postda qalacağı anlaşılmır.

Daha əvvəl Viktoriya Nulandın icra etdiyi vəzifəni tutan Uess Mitçell Avropa siyasəti üzrə mütəxəssisdir, amma hökumətdə iş təcrübəsinə malik deyil. Heffernin istefası Mitçelli Avropa diplomatiyasının bütün incəliklərinə bəlli olan təcrübəli diplomatın köməyindən kənarda qoyur.

Mənbə bildirib ki, Heffernin istefası daha çox Dövlət Departamentinin Rusiya ilə münasibətlərdə gərginliyini artıracaq.

C. Heffernin istefasının dəqiq səbəbi anlaşılmazdır, ancaq Dövlət Departamentinin bəzi keçmiş əməkdaşları hesab edirlər ki, bu yüksək vəzifələrdə olan diplomatik kadrların əvəz edilməsi ilə bağlı tendensiyanın tərkib hissəsidir.

Dövlət Departamenti Heffernin istefası haqqında xəbərlərə hələlik reaksiya verməyib. /Virtualaz.org/




Ana səhifəyə qayıt        Baxış: 636          Tarix: 26-08-2017, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma