Xəbər lenti

 ABŞ-a məxsus “John S. McCain”  hərbi gəmisinin  yük gəmisi ilə toqquşması nəticəsində itkin düşmüş 10 amerikalı hərbçinin meyiti tapılıb.

 APA-nın xəbərinə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilir.

 Məlumata əsasən, axtarış-xilasetmə əməliyyatında ABŞ, Malayziya, Sinqapur, İndoneziya və Avstraliyanın Hərbi-Dəniz Qüvvələri və Sahil mühafizə xidmətləri iştirak edib.

 Avqustun 21-dı Malakka boğazı yaxınlığında “John S. McCain”  esminesi Liberiya bayrağı altında üzən “Alnic MC” adlı tankerlə toqquşaraq zədələnmişdi. Nəticədə 5 hərbçi yaralanıb, 10-u itkin düşmüşdü.

 Qeyd edək ki, insidentlə əlaqədar ABŞ Hərbi Dəniz Qüvvələri 7-ci Donanmasının komandanını Cozef Okoyn tutduğu vəzifəsindən azad edilib. Buna bu yaxınlarda iki döyüş gəmisinin ticarət gəmiləri ilə toqquşması səbəb olub. Ötən ay ABŞ-a məxsus “Fitzgerald” esminesi konteyner daşıyan gəmi ilə toqquşub.




Ana səhifəyə qayıt        Baxış: 809          Tarix: 28-08-2017, 08:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma