Xəbər lenti

Tramp: “İstənilən variant mümkündür”

Vaşinqton Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket proqramı ətrafında vəziyyətin nizama salınmasının istənilən variantlarını mümkün hesab edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Ağ Evin ABŞ prezidenti Donald Trampın adından yaydığı bəyanatda deyilir.

Trampın sözlərinə görə, Şimali Koreya öz qonşularına, BMT-nin bütün üzvlərinə və beynəlxalq cəmiyyətdə münasib davranışın minimal standartlarına nifrət nümayiş etdirir.

Qeyd edək ki, KXDR bu gün Yaponiya istiqamətində raket buraxıb.Cənubi Koreya və Yaponiyanın hərbçiləri güman edirlər ki, sınaqdan keçirilmiş raket “Xvason-12” orta mənzilli ballistik raket, “Xvason-10” tipli ballistik raketdir.




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 29-08-2017, 17:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma