Xəbər lenti

 

İranda naməlum şəxs insanlara hücum edib. Ovqat.com "Trend"ə istinadən xəbər verir ki, hadisə paytaxt Tehranda baş verib. Həmin .əxs avtobus dayanacaqlarından birində bıçaqla insanlara hücum edib. Hadisədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İranın Fövqəladə Hallar Agentliyinin rəhbəri Həsən Abbasinin sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb. Hadisənin səbəbləri hələlik məlum deyil.




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 29-08-2017, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma